"Qanun qarşısında hamı bərabərdir" » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

"Qanun qarşısında hamı bərabərdir"

"Qanun qarşısında hamı bərabərdir"


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Gəncə şəhərində “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda “dəyirmi masa” – konfrans keçirib.

ANS PRESS-in məlumatına görə, konfransda DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov, Gəncə şəhər ictimaiyyətinin və bölgədə fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak ediblər.

Səyyad Salahlı bildirib ki, Azərbaycan Respublikası dünyəvi, hüquqi, demokratik dövlətdir və bütün insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq qanun qarşısında bərabər hüquqludurlar. Azərbaycandakı qanunvericilik bazası və tolerantlıq mədəniyyəti bütün qeyri-müsəlmanların cəmiyyətdə bərabərhüquqlu şəxs kimi yaşamalarını təmin edir.

Mikayıl Zeynalov isə çıxışında qeyd edib ki, Azərbaycan dünyaya tolerantlıq nümunəsi olacaq ölkədir. "Gəncə şəhəri də bütün ölkəmiz kimi, müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşadığı məkandır. Hazırda Gəncədə müsəlman icmaları ilə yanaşı, rus və yəhudi icmaları da fəaliyyət göstərir və dini ibadətlərini də yerinə yetirirlər. Şəhər rəhbərliyi dini konfessiyaların fəaliyyətini hər zaman diqqətdə saxlayır və dəstəyini əsirgəmir".

Konfransda əsas məruzə ilə çıxış edən DQİDK-nın Dinşünaslıq ekspertizası, analitik təhlil və ictimai əlaqələr şöbəsinin müdir müavini Əliheydər Zülfüqarov bildirib ki, qloballaşma şəraitində ümumbəşəri dəyər kimi, müxtəlifliyin qorunması məqsədilə, mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, tolerantlıq və dözümlülük ənənələrinin qorunması olduqca vacibdir.

Daha sonra Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Gəncə şəhəri Şah Abbas Cümə məscidi dini icmasının sədri Əlisəftər Səfərəliyev, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatının sədr müavini Hüseyn Budaqov və Gəncə şəhəri, Aleksandr Nevski kilsəsinin keşişi Vyaçeslav Daşkov çıxış edərək Azərbaycanın tolerantlıq modelinin bütün dünyaya nümunə olduğunu qeyd ediblər.

Çıxışlar ətrafında geniş müzakirələrlə davam edən tədbirdə birmənalı olaraq qeyd edilib ki, tolerantlıq bizim üçün əvəzsiz bir dəyər, gələcək nəsillər üçün miras, beynəlxalq aləm üçün nümunədir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *