“Sağlam gələcək,sağlam gənclik ilə gələcək!“ » AzNews.info -Xəbər portalı

“Sağlam gələcək,sağlam gənclik ilə gələcək!“

“Sağlam gələcək,sağlam gənclik ilə gələcək!“


Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı yeni bir layihənin icrasına başlayır.
Bir ay müddətində davam edilməsi nəzərdə tutulan layihənin adı “Sağlam gələcək,sağlam gənclik ilə gələcək !“-dir .
GDU TGT-nin sədr müavini , layihənin koordinatoru Qulu Abdullazadənin AzNews.info-ya verdiyi məlumata əsasən layihə 1 noyabr -1 dekabr tarixlərində davam edəcək.
Layihənin əsas məqsədi gənclərə sağlam həyat tərzini təbliğ etmək, zərərli vərdişlər, narkotik maddələr və psixotrop vasitələrin zərərini gənclərə aşılamaq,tələbələri QİÇS ilə mübarizəyə çağırmaqdır.
Layihə ümumilikdə Universitetin bütün tələbələrini əhatə edəcək. Əsas maarifləndirmə xarakteri daşıyan layihə ərzində mütəmadi təlim və ekspertlər tərəfindən görüşlər keçiriləcək. 1ay ərzində xüsusi təlim keçmiş 20 tələbə bütün ixtisaslarda təbliğat işləri aparıb, məlumat materialları paylayacaqlar. Layihənin sonunda yekun olaraq 1 dekabr QİÇS-lə mübarizə gününə həsr edilmiş konfrans keçiriləcək.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *