"Özümü azərbaycanlı kimi hiss edirəm" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

"Özümü azərbaycanlı kimi hiss edirəm"

"Özümü azərbaycanlı kimi hiss edirəm"


Azərbaycan nəinki Qafqazın, hətta bütün dünyanın ən tolerant ölkəsidir.

Bu fikir Amerika Yəhudiləri Yardım Təşkilatının (Vaad L`Hatzolas Nidchei Yisroel) üzvlərinin Azərbaycan Respublikası Prezidentinin millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev ilə görüşündə səsləndirilib.

Görüşdə təşkilatın Azərbaycan bölməsinin sədri Rav Şmeul Simatov, qurumun sədr müavini Rav Zamir İsayev və mətbuat xidmətinin katibi Murad Salmanov iştirak edib.

Heyətlər arasında keçirilən görüşdə qonaqları salamlayan Kamal Abdullayev dövlətin tolerantlıq siyasətindən və Azərbaycan Prezidenti İlham Əliyevin bu sahəyə diqqət və qayğısından danışıb.

Rav Şmeul Simantov təşkilat haqqında məlumat verərək bildirib: “Mən İsrail vətəndaşı olsam da, daim özümü azərbaycanlı kimi hiss edirəm. Bu gün Azərbaycan nəinki Qafqazın, hətta bütün dünyanın ən tolerant ölkəsidir”.

Görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan və yəhudi xalqlarının qardaşlığını gücləndirə biləcək ortaq layihələr haqqında müzakirələr aparılıb.
Sonda Kamal Abdullayev qonaqlara kitab hədiyyə edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *