İlham Əliyev fransalı nazirlə görüşdü
Prezident İlham Əliyev Fransa Müdafiə Nazirliyinin Beynəlxalq İnkişaf İdarəsinin direktoru Stefan Rebi qəbul edib.
ANS PRESS-in məlumatına görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb.
Bununla yanaşı əlaqələrimizin möhkəmləndirilməsində dövlət başçıları arasında keçirilən görüşlərin önəmi qeyd olunub.
Eyni zamanda müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə:> ANSPRESS