İranın dini lideri əməliyyat olundu
İranın ali dini lideri Əli Xamneyi əməliyyat olunub.
ANS PRESS-in məlumatına görə, dini lider prostat vəzindəki problemdən əziyyət çəkirdi. Əməliyyat bu səhər paytaxt Tehrandakı bir dövlət xəstəxanasında baş tutub. Əməliyyat müvəffəqiyyətlə keçirilib.
Əməliyyata girməzdən əvvəl dövlət televiziyasına müsahibə verən Xamneyi səhhətindəki narahatlığın problemli bir şey olmadığını deyib:
"Əlbəttə bu xalqımızdan dua istəmədiyim mənasını vermir. Ancaq Allahın izni ilə bu, olduqca sadə və normal bir əməliyyatdır. Bu səbəblə narahat olunacaq bir şey yoxdur",-deyə ali dini lider söyləyib.
Mənbə:> ANSPRESS