WhatsApp-da az möhtəşəm yenilik » AzNews.info -Xəbər portalı

WhatsApp-da az möhtəşəm yenilik

WhatsApp-da az möhtəşəm yenilik

İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda tətbiq olunacaq.

Dünyanın ən populyar ani mesajlaşma proqram əlavəsi olan WhatsApp yenilik hazırlayır.

Belə ki, smartfonlarına və planşet kompüterlərinə bu proqramı yükləmiş şəxslər pulsuz telefon zəngləri funksiyasından yararlana biləcəklər.

AZNEWS.INFO Milli.Az-a istinadən xəbər verir ki, WhatsApp-ın baş direktoru Yan Kum Mobile World Congress-də çıxışında pulsuz telefon zəngləri funksiyasının proqrama 2014-cü ilin ikinci rübündə əlavə olunacağını demişdi.

İndisə yeniliyin tətbiqinə çox az qalıb. WhatsApp-da "Hang up", "Incoming call" və "Outgoing call" funksiyaları olacaq. İnnovasiya ilk əvvəl Android və iOS əməliyyat sistemləri ilə çalışan smartfonlarda, sonra isə Nokia və BlackBerry telefonlarında tətbiq olunacaq.

Yeniliyin işə salınacağı dəqiq tarix hələlik açıqlanmayıb.

Mənbə: Milli.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *