AŞ PA-da qardaş xəyanəti
Avropa Şurası Parlament Assambleyası (AŞ PA) ümumi iclasında şok yaşanıb.ANS PRESS-in məlumatına görə, Fransanın Strazburq şəhərində AŞ PA-nın ümumi iclasında gözlənilməz hadisə baş verib.
Parlamentdə İŞİD mövzulu bir hesabatdan söhbət gedərkən Ermənistan deputatı müzakirəni başqa istiqamətə yönəldib.
“Eyni ilə yüz il əvvəl Osmanlı türklərinin ermənilərə etdiyi kimi, bu gün də İŞİD Yaxın Şərqdəki xristianlara qarşı bir soyqırım həyata keçirir”, – deyə erməni millət vəkili iddia edib.
Daha sonra isə AŞ PA sədri Ann Brasserə yönələrək bütün “soyqırım” qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükuta dəvət edib. AŞ PA sədri də bu dəvətə hörmətlə yanaşaraq iclas iştirakçılarını ayaq üstə sükut duruşuna çağırıb.
“Soyqırım”ı bir dəqiqəlik sükutla yad edənlər arasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasından (CHP) deputat Gülsüm BilgəhanToker ilə separatçı kürdlərin Xalqların Demokratiya Partiyasının (HDP) deputatı Nazmi Gür də olub.
Qardaş ölkədən olan millət vəkillərinin belə bir xəyanətə yol verməsi azərbaycanlı parlament iştirakçılarında sərt reaksiya doğurub və onlara, “sizə söyənləri alqışlayırsınız” – deyib.
Qeyd edək ki, iclasda keçmiş CHP sədri Dəniz Baykal da iştirak edib, lakin o digər partiya həmkarı kimi ermənilərin çirkin siyasətinə qoşulmayıb.
Mənbə:> ANSPRESS