Millət vəkilimiz Nyu-Yorkda AŞPA-nın iclasında iştirak edəcək
Noyabrın 19-dan 21-dək Nyu-Yorkda AŞPA-nın xarici əlaqələr alt komitəsinin iclası keçiriləcək.
Milli Məclisin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda keçmiş Yuqoslaviyaya daxil olan ölkələr arasında barışıq, Yaxın Şərqdə sülh prosesi, ərəb dünyasında siyasi dəyişikliklər, mədəniyyətlərarası və dinlərarası dialoq, siyasi ekstremizm, neonasizm, antisemitizm, terrorizmlə mübarizə və digər mövzularda müzakirələr aparılacaq.
Milli Məclisin deputatı Sabir Hacıyev iclasda iştirak edəcək.
Mənbə:> ANSPRESS