Müdafiə naziri Zakir Həsənov Rusiyaya getdi
![Müdafiə naziri Zakir Həsənov Rusiyaya getdi Müdafiə naziri Zakir Həsənov Rusiyaya getdi](http://www.azxeber.com/files/w0Dhpx8fAX9g.jpg)
Azərbaycanın müdafiə naziri Rusiyaya səfər edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bu gün müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının noyabrın 11-də keçiriləcək növbəti iclasında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.
Mənbə: AZXEBER.COM