Aydın Mirzəzadə: “10 noyabr mitinqi də fiaskoya uğrayacaq”
Məsələylə bağlı AZXEBER.COM-a açıqlama verən millət vəkili Aydın Mirzəzadə bildirib ki, Milli Şura artıq tükənmiş bir qurumdur: “Hər kəsə bəllidir ki, Azərbaycanda siyasi məhbus yoxdur. Bu ölkədə heç kəs əqidəsinə, siyasi təşkilata üzvlüyünə görə, həbs olunmayıb. Azərbaycandakı məhbuslar konkret cinayət məcəlləsinin maddəsinə görə, həbs ediliblər. Milli Şura tükənmiş bir qurumdur və cəmiyyətdə heç bir nüfuza sahib deyil”.
Daha sonra millət vəkili bunları deyib: “Aydın məsələdir ki, ora marağı olmayan şəxslərdən başqa kimsə gəlməyəcək. Digər tərəfdən, Milli Şuranın mitinqinə 10 milyonluq bir ölkədə 2-3 min insanın gəlməsi artıq böyük bir siyasi iflas deməkdir. Hesab edirəm ki, Milli Şura cəmiyyətin real siyasi qüvvəsi kimi özünü göstərə bilmir”.
Mənbə:> AZXEBER.COM