Bakıda İŞİD bayrağı – FOTO
Müxalifətçi Milli Şura bu gün mitinq keçirib. ANS PRESS-in Virtualaz-a istinadən verdiyi məlumata görə, mitinq “siyasi məhbuslar”a dəstək məqsədilə keçirilir.
Aksiya başlamazdan əvvəl iştirakçılar “İnşaatçılar” metro stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda toplaşıblar. Mitinq iştirakçıları stadiona buraxılmazdan əvvəl minaaxtaranlar və kinoloqlar stadionda partlayıcı və ya təhlükəli maddələrin olub-omadığını öyrənmək üçün axtarış aparıblar. Saat 15:00-da iştirakçılar minaaxtaran qurğu ilə yoxlanılaraq stadiona buraxılıblar.
Milli Şuranın sədri Cəmil Həsənlinin etirazına baxmayaraq Müsavat Partiyası da mitinqdə iştirak edib. Milli Şuranı mitinqdə Müsavat Partiyasının indiki başqanı Arif Hacılı, qardaşı Mustafa Hacıbəyli, həmçinin Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər təmsil edirlər. Bundan başqa, mitinqdə AXP sədri Pənah Hüseyn və başqa tanınmış müxalifətçilər də iştirak edirlər.
Xatırladaq ki, mitinq icazəlidir və saat 15:00-dan 17:00-a qədər davam edəcək. Polis iştirak etmək istəyənlər üçün heç bir maneə törətmir.
Qeyd edək ki, aksiya zamanı gözlənilməz hadisə də baş verib. Belə ki, müxalifətçilər aksiyada Avropa İttifaqı və Azərbaycan bayraqlarını qaldırdıqları zaman, iştirakçılar arasından 3 nəfər İŞİD terror qruplaşmasının da bayrağını qaldırmağa cəhd ediblər. Lakin müxalifətçilər bu adamları özləri tutaraq polisə təslim ediblər.
Mənbə:> Virtualaz.org