Ermənistan od içində
"Ermənistan hakimiyyəti bütün mümkün və qeyri-mümkün sərhədləri keçib".
Ölkə prezidenti və ətrafı barədə bu sözləri parlamentdə "Çiçəklənən Erməistan" partiyasını təmsil edən deputat Tiqran Urixanyan bildirib.
Razdan şəhərində çox sayda insanın qatıldığı mitinqdə çıxış edən deputat bildirib ki, Ermənistan bu gün ağır vəziyyətdədir. "Yoxsulluq, işsizlik və mühajirətin səviyyəsini azaltmaq əvəzinə hakimiyyət konustitusiya islahatı ilə bağlı yeni siyasi şou keçirməyi təklif edir", - deyə Urixanyan vurğulayıb. Onun fikrinсə, bu, hakim rejimə öz hakimiyyətini ən azı daha on il saxlamağa imkan verəсək.
Mitinqdə hökumətin işi də kəskin tənqid edilib.
Qeyd edilib ki, hətta yalnız rəsmi statistik göstəricilərə əsaslanılsa belə, Ermənistanın vəziyyəti gündən günə pisləşir. Təkcə iqtisadiyyata sərmayələr 60%-dən çox azalıb. Mitinqdə bildirilib ki, siyasət və biznes həddindən bir-birinə nüfuz edib və artıq qarşılıqlı şəkildə bir-birlərini tamamlayırlar.
Yada salaq ki, Serj Sarkisyana qızmar payız vəd edən üç parlament partiyasının qərarı ilə oktyabrın 10-da İrəvanda keçirilməsi nəzərdə tutulan ümumi erməni mitinqində ölkə rəhbərliyinin istefası tələb ediləcək.
Mənbə:> ANSPRESS