Türk-Ərəb Qurultayında Qarabağ müzakirəsi » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Dünya

Türk-Ərəb Qurultayında Qarabağ müzakirəsi

Türk-Ərəb Qurultayında Qarabağ müzakirəsi


İstanbulda Üçüncü Türk-Ərəb Gənclər Qurultayı keçirilib. İstanbul Böyükşəhər Bələdiyyə Gənclik Məclisinin Xarici Əlaqələr Komissiyasının dəstəyi ilə üç gün davam edən qurultaya dünyanın müxtəlif ölkələrindən seçilən gənclər qatılıb. Burada İqtisadiyyat və Sahibkarlıq Komissiyası, Siyasi Məsələlər Komissiyası və Humanitar və Sosial Əlaqələr Komissiyası daxilində intensiv seminarlar təşkil edilib.

ANS PRESS-in məlumatına görə, Humanitar və Sosial Əlaqələr Komissiyasında Azərbaycan təmsilçiləri Qarabağ probleminin tarixi, qaçqın və köçkünlərin qarşılaşdığı çətinliklər, həmçinin konfliktin həlli yollarına toxunaraq müzakirələr aparıblar.

Qurultayın məqsədi Yaxın Şərqdə davam edən çətinliklərə ortaq həll tapmağa çalışan və bölgənin gələcəyinə dair yeni baxış formalaşdıran gənc intellektualları bir yerə toplamaq olub.

İstanbul Konqres Mərkəzində qurultayın təntənəli rəsmi açılışı olub. Qurultayda baş nazirin köməkçisi Numan Kurtulmuş və prezidentin baş katibinin müavini İbrahim Kalın və eləcə də türk iş qadını, Türkiyə prezidentinin qızı Sümeyye Erdoğan çıxış edib. Panellərdə pedaqoqların, jurnalistlərin və siyasətçilərin bölgənin aktual problemlərinə dair məruzələri dinlənilib.

Xatırladaq ki, 3-cü Türk-Ərəb Qurultayına bu il 3443 ərizə forması daxil olub və diqqətli seçim prosesi nəticəsində 75 nümayəndə iştirak hüququ qazanıb. Qurultay hər bir millətin nümayəndəsi üçün açıqdır və davamlı olaraq gələn ildə keçirilməsi nəzərdə tutulur.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *