Ermənistan geri çəkildi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Ermənistan geri çəkildi

Ermənistan geri çəkildi


Ermənistan Milli Məclisinin Xarici Əlaqələr üzrə Komissiyası növbəti iclasda qondarma Dağlıq Qarabağ respublikasının tanınması qərarına baxışı təxirə salıb.

ANS PRESS-in məlumatına görə, deputat Zarui Postancyan tərəfindən irəli sürülən “layihə”nin ən azı bir ildən sonra gündəliyə gətirilməsi planlaşdırılır.

Xatırladaq ki, qondarma Dağlıq Qarabağ respublikası 1991-ci ilin 2 sentyabr tarixində separatçılar tərəfindən elan edilib və Azərbaycan ərazi vahidi olduğundan Ermənistan da daxil olmaqla heç bir ölkə tərəfindən qəbul edilməyib.

Bu ilin 4 sentyabr tarixində “Miras” partiyası qondarma Dağlıq Qarabağın tanınması barədə qanun layihəsi irəli sürüb. Postancyanın qanun layihəsində “Ermənistan və Dağlıq Qaravağın suverenliyini təhlükə altına alan hər hansı bir quruma Ermənistanın daxil olmasını istisna etmək” əsas məzmun kimi yer alır.

“Təklif edirəm, parlament səviyyəsində Ermənistanın Dağlıq Qarabağın təhlükəsizliyini qorumasını hüquqi cəhətdən möhkəmləndirək ki, münaqişə zonasında sülhməramlıların yerləşdirilməsini istisna etsin”- deyə Postancyan bildirib.

Postancyandan fərqli olaraq milli məclisin komissiyası bunun absurd olduğunu bilərək layihənin müzakirəsini bir illik təxirə salıb. Layihənin gündəliyə çıxarılması komissiya üzvləri tərəfindən səs çoxluğu ilə qəbul edilməyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *