Yeni Qarabağ bəyənatı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Yeni Qarabağ bəyənatı

Yeni Qarabağ bəyənatı


"Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqları yeni səviyyəyə çıxarmaq vaxtı çatıb. Artıq prezidentlər və münaqişə tərəfi ölkələrin xarici işlər nazirləri səviyyəsində görüşlər, rəsmi danışıqlar lazımdır və danışıqların formatını tərəflər özləri müəyyənləşdirməlidir".

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik deyib. O bildirib ki, İrəvanda Ermənistan prezidenti Serj Sarkisyanla və xarici işlər naziri Edvard Nalbandyanla görüşləri planlaşdırılıb.

Uorlik həmçinin, iki həftə sonra Nyu-Yorkda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında keçirilməsi nəzərdə tutulmuş görüş haqqında məlumat verib.

Həmsədr atəşkəs rejiminə riayət olunması, eləcə də iki ölkə cəmiyyətinin Dağlıq Qarabağ ətrafında danışıqların gedişi barədə məlumatlandırılmasının vacibliyini qeyd edib: "Prosesin yekun nəticəsini qabaqcadan müəyyən etmək istəmirik. Biz istəyirik ki, danışıqlar özü problemin həllinə gətirib çıxarsın".

Ceyms Uorlik qeyd edib ki, münaqişənin bütün çətinliyini anlayırıq. Onun sözlərinə görə, münaqişənin həlli üçün indi yaxşı imkan mövcuddur. Uorlikin sözlərinə görə, vasitəçilər Karnegi Fondununda elan edilmiş altı elementin tərəflər arasında razılaşdırılması üzərində işləyirlər.

Əgər tərəflər və Ermənistan - Azərbaycan cəmiyyətləri arasında etibarlı münasibət qurulsa, yalnız o halda danışıqlarda irəliləyişə və uzunmüddətli sülhə nail olmaq olar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *