Prezidentlər razılıq verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Qarabağ

Prezidentlər razılıq verdi

Prezidentlər razılıq verdi


“Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sərkisyan Parisdə görüşüb danışıqlar aparmağa artıq razılıq veriblər”.

ANS PRESS-in məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında Fransanın Azərbaycandakı səfiri Paskal Monye deyib.

Diplomatın sözlərinə görə, prezidentlərin görüşü oktyabrın ikinci yarısında Fransa prezidenti Fransua Ollandın vasitəçiliyi ilə baş tutacaq. Səfir qeyd edib ki, dövlət başçıları Qarabağ probleminin dinc yolla həlli məsələsini müzakirə edəcəklər və bu görüş prezidentlərin Uelsdəki görüşündən sonra çox əhəmiyyətli olacaq.

“Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu problemin həlli üçün əlindən gələni edir. Fransa belə hesab edir ki, bu münaqişəni həll etməyin vaxtı çoxdan çatıb” - deyə P.Monye bildirib.

Maraqlıdır, F.Ollandın indiki vasitəçilik missiyası Fransanın sabiq prezidenti Jak Şirakın analoji təşəbbüsünün taleyini yaşamayacaq ki?!

Səfir P.Monye bu suala cavabında bildirdi ki, münaqişənin həlli prezidentlərin özündən asılıdır, vasitəçilərin vəzifəsi onlara bu işdə sadəcə kömək etməkdir.

“Prezidentlər Əliyevlə Sərkisyanın Parisdə görüşməyə razılıq verməsi faktının özü artıq böyük nailiyyətdir. Əsas məqsəd odur ki, tərəflər danışıqlarda uğur və nəticə əldə etmək yollarını tapmaq üçün görüşsünlər və bu problemin qarşılıqlı məqbul həll yolunu tapsınlar” - deyə səfir əlavə edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 19 sentyabr 2014 07:42
  • Yazan: bags
I guess the fringedReplica Louis Vuitton handbags could by now complete her getup as it flawlessly matches the colour of her assortiment, even though the exoticness of the Replica Designer Handbags adds spice and much more charm on her. The Replica Rolex appears remarkable, but it appears to be as well girly and form of youthful for Lindsay vogue flair

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *