İspaniyaya nota veriləcək » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

İspaniyaya nota veriləcək

İspaniyaya nota veriləcək


Azərbaycan Basklar ölkəsi (İspaniyanın şimalında muxtar vilayət) parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə əlaqədar olaraq İspaniyaya etiraz notası göndərəcək.

Bunu Azərbaycanın İspaniya Krallığındakı səfiri Altay Əfəndiyev deyib.

A.Əfəndiyev bildirib ki, Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qəbul etdiyi qətnamə ilə bağlı KİV-in yaydığı məlumat tam dəqiq deyil: "Sənəd parlament deyil, vilayətin yerli hakimiyyəti səviyyəsində qəbul olunub. Azərbaycan səfirliyi məsələnin məğzini öyrənməkdə davam edir, çünki qətnamənin hansı formada qəbul edilməsi, qondarma "Dağlıq Qarabağ respublikası"nın öz müqəddəratını təyin etmək və ya müstəqil olmaq hüququnun tanınıb-tanınmaması aydın deyil".

Onun sözlərinə görə, səfirlik muxtar vilayət hökumətinin rəhbəri ilə görüş istəyib: "Tezliklə tarixi müəyyənləşdirəcəyik. Bundan başqa, səfirlik Basklar ölkəsinin rəhbərinə izahat tələbi ilə məktub göndərəcək".

Qeyd edək ki, Ermənistan KİV bir müddət əvvəl Basklar ölkəsi parlamentinin Dağlıq Qarabağ üzrə qətnamə qəbul etdiyi barədə məlumat yayıb.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *