Sülhə çağıran başkəsən » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Sülhə çağıran başkəsən

Sülhə çağıran başkəsən


Terrorçular sivilizasiyalı dünyanı terrorizmlə mübarizəyə çağırır.

ANS PRESS-in məlumatına görə, Ermənistan nümayəndəsi Zohrab Mnasakanyanın BMT-də çıxışından sonra bu nəticəyə gəlmək olar. O, yenə Azərbaycanı BMT nizamnaməsini pozmaqda və Dağlıq Qarabağ əhalisinə qarşı silah işlətməkdə günahlandırıb.

Yada salaq ki, öz vaxtında məhz bu beynəlxalq təşkilatın divarları arasında qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə görə, atəşin dayandırılması, erməni qoşunlarının çıxarılması və Azərbaycanın işğal olunmuş bütün ərazilərinin azad edilməsi tələb edilirdi. Onda Ermənistanın rəhbərləri, sadəcə, bu qətnamələrə tüpürdülər və öz quldurluq fəaliyyətlərini davam etdirdilər.

Erməni diplomat yüksək kürsüdən beynəlxalq ictimaiyyətə müraciət edib ki, Azərbaycanı intizama dəvət etsinlər. "Biz dünyanın ən sülhsevər ölkəsiyik", - deyə Mnasakanyan bildirib. O, əlbəttə, bildirməyib ki, onun ölkəsi Dağlıq Qarabağla yanaşı daha 7 rayonu da tutub və ölkənin bir milyona yaxın sakinini qaçqına çevirib.

Təəccüblüdür ki, bu illər ərzində BMT üzvləri bir dəfə olsun Ermənistandan hesabat tələb etməyiblər. Nəyə görə bizim tələb və qətnamələri yerinə yetirmirlər? Bu nə vaxtsa nüfuzlu olmuş təşkilatın fəaliyyətsizliyi səbəb olur ki, dünyada münaqişələrin sayı həndəsi silsilə ilə artır, öldürülən və həlak olmuş insanların sayı on minlərlə deyil, yüz minlərlə aparılır.

Böyük dövlətlər özlərini çox köntöy aparırlar. Məsələn, ABŞ İraq rəhbərliyində hansısa gizli silahın olmasını bəhanə edərək, orda demokratik çevriliş təşkil elədi. Parça-parça edilmiş bu ərəb ölkəsinin misalında bunun nə ilə nəticələndiyini bu gün aydın görmək olur. Rusiya, ümumiyətlə, heç nə düşünmədi və götürüb Krımı uddu, indi də Ukraynadan ölkənin şərq hissəsini qopartmaq istəyir.

BMT, hər şeydən öncə, iki qanlı dünya müharibəsindən sonra bütün dünyada sülhün qorunması və münaqişələrin qarşısının alınması üçün yaradılıb. Hətta öz "mavi dəbilqəli" ordusu olan BMT, təəssüf ki, sülhməramlı işlər əvəzinə boşboğazlıqla məşğul olur. Bundan istifadə edən Ermənistan kimi ölkələr özlərini sülh və ədalət tərəfdarı kimi təqdim etməyə çalışırlar.

Amma bu cür qüvvələr nisbətində sülh heç zaman olmur. Bunu özünə təcavüzkar Azərbaycanın darmadağın etmək istədiyi kiçik, sülhsevər xristian ölkəsi imici yaratmaq istəyən İrəvanda da yaxşı başa düşürlər. Təəssüf ki, hətta Xocalıda baş vermiş faciə BMT-də heç kimi narahat etməyib.

Deməli, biz hər şeydən öncə, öz gücümüzə arxalanmalıyıq. Boş yerdən demirlər: "Sül istəyirsənsə, müharibəyə hazır ol".

Xocalıda ermənilərin qətl etdiyi azərbaycanlı uşaqlar:

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 5 yanvar 2018 11:40
  • Yazan: herbal sejagat
herbal sejagat Alami dapat menurunkan tingkat kolesterol total dan kolesterol jahat dan bisa meningkatkan kolesterol HDL sehingga penyakit jantung koroner mampu dilawan. obat herbal jantung koroner tanpa operasi ampuh
xanthone menjadi inspirasi lahirnya suatu jus herbal herbal sejagat. herbal sejagat jus kulit manggis mampu mencegah sakit Kanker otak yang mengakibatkan hidup manusia tersiksa. obat herbal tumor otak ganas ampuh
Pulihkan Penyakit Stroke dengan herbal sejagat Obat Alami dengan Khasiat yang manjur dalam menyembuhkan kondisi pengidap yang memilukan sebab penyakit Stroke obat herbal stroke ringan berat ampuh

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *