AŞPA prezidenti Azərbaycana gəlib
Brassör Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Ann Brassör Azərbaycanda səfərdədir.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, artıq A. Brassör Bakıda vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Sentyabrın 23-də isə qonaq Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, parlamentdə təmsil olunan siyasi partiyaların nümayəndələri və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəti ilə görüşlər keçirəcək.
Mənbə:> Oxu.Az