Ermənilərin ümid yeri
Ermənistan prezidenti Serj Sarkisyanın ötən ay səsləndirdiyi fikirlərdən birinə "İrs" partiyasından da dəstək gəldi. Belə ki, Sarkisyan bildirmişdi ki, ölkədə korrupsiyanın qarşısını almaq üçün hökumətdə qadın kadrların sayını artırmaq lazımdır.
ANS PRESS-in məlumatına görə, Ermənistanın "İrs" partiyasının sədri Ruben Akopyan bu gün açıqlama verib ki, parlamentdə qadın deputatların sayını artırmağa ehtiyac var.
"Mən Ali Sovetdə deputat olmuşam. Deyə bilərəm ki, orada qadın deputatların sayı indiki Ermənistandakı qadın deputatların sayından qat-qat çox idi", deyə Akopyan bildirib.
Partiya sədri deyib ki, parlamentdə qadın deputatlarının sayının çox olması ədalətli qərarın verilməsinə şərait yaradacaq.
Qeyd edək ki, ötən ay Sarkisyan da bəyan etmişdi ki, hökumətdə qadın kadrlara ehtiyac var.
Mənbə:> ANSPRESS