Sarkisyandan acı etiraf » AzNews.info -Xəbər portalı

Bölmə: Dünya

Sarkisyandan acı etiraf

Sarkisyandan acı etiraf


Ermənistan prezidenti Serj Sarkisyan hakimiyyətdə və müxtəlif dövlət orqanlarında korrupsiyanın baş alıb getdiyini etiraf edib.

ANS PRESS-in məlumatına görə, korrupsiyanın qarşısını almaq üçün Sarkisyan dövlət orqanlarında qadınların vəzifə tutmasının tərəfdarı olduğunu deyib.

Sarkisyan növbəti prezident seçkilərində qadın namizədin qalib gəlməsinə etiraz etmədiyini bildirib.

“Ermənistan parlamentində qadın deputatlarımızın sayını artırmışıq. Hətta nazir vəzifəsində çalışan qadınlarımız da var. Hakimiyyətdə və müxtəlif dövlət orqanlarında qadın işçilərin sayını daha da artırmaq lazımdır. Çünki onların əksəriyyəti korrupsiyaya meyilli olmur”, deyə Sarkisyan bildirib.

Ermənistan prezidentinin bu sözləri təsadüfi deyil. Avropa Birliyinin ötən ilki hesabatında bildirilir ki, Ermənistanda korrupusiya ən yüksək həddə çatıb. AB-nin Ermənistandakı baş məsləhətçisi Onno Simmons bəyan edib ki, hakimiyyətlə yanaşı biznes sahəsində də güclü korrupsiya müşahidə olunur. Erməni mətbuatı da bu barədə dəfələrlə yazıb. Görünür, Sarkisyan qadınları hakimiyyətə gətirməklə korrupsiyanın qarşısını almağa çalışır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *