Türkün çörəyini yeyən ermənidən alçaq bəyanat » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Türkün çörəyini yeyən ermənidən alçaq bəyanat – VİDEO

Türkün çörəyini yeyən ermənidən alçaq bəyanat


Hər il 24 aprel tarixi yaxınlaşdıqca sanki Türkiyənin əlehyinə olan dövlətlərin əlinə girəvə düşür. Bu dəfə də analoji durum yaşanır. Anti Türkiyə mövqeyi seçənlər ardıcıl olaraq erməniləri müdafiə etməklə tarixi hadisələri “soyqırım” kimi qələmə verməyə çalışırlar.

ANS TV-nin məlumatına görə, ABŞ dövlət departamenti 1915-ci ildə Osmanlı imperiyası dönəmində baş vermiş hadisələrə münasibət bildirib. Dövlət departemantinin sözçüsü Mari Harf Roma Papasının son qalmaqallı bəyanatını şərh edərkən “erməni soyqırımı” ifdəsini işlətməyib.

“ABŞ prezidenti və administrasiyanın digər yüksək vəzifəli nümayəndələri dəfələrlə qeyd edilən hadisələri tarixi fakt kimi adlandırıblar. Qeyd olunub ki, 1915-1918-ci illərdə Osmanlı imperiyasının son günlərində 1,5 miliyon insan həyatını itirib, 800 min insan qaçqın düşüb. Bildiriblər ki, faktın tam, səmimi, ədalətli araşdırılması hamımızın, Türkiyə, Ermənistan və Amerikanın marağındadır”, – deyə Mari Harf bildirib.

Bu bəyanat Birləşmiş Ştatların güclü erməni diasporunu çətin ki, razı salsın. ABŞ-da yaşayan ermənilər prezident Barak Obamanın hər il aprelin 24-də etdiyi ənənəvi müraciətdə Osmanlı imperiyası dövründə baş verən hadisələri həmişəki kimi “böyük faciə” deyil, “soyqırım” kimi şərh edəcəyinə ümid bəsləyirlər.

Amma dövlət departamentinin sözçüsünün bəyanatından Ağ Evin ifadələrini dəyişəcəyi hiss edilmir. ABŞ-da istədiyinə nail ola bilməsə də, erməni diasporu qondarma soyqırımının tanıdılması istiqamətində bir sıra ölkələrdə uğurlar əldə edib.

Latın Amerikası ölkələri sırasında Argentina və Çili parlamentləri qondarma soyqırımı tanıyıblar.

Bu ilə daha bir ermənipərəst mövqe Avropa Şurası Parlament Assambleyasından gəldi. Azərbaycanı daim sərt tənqid edən qurumun baş katibi Ann Brasser qondarma erməni soyqırımını tanıdığını açıqlayıb.

Azərbaycan və Türkiyədə isə qondarma erməni soyqırımını rəsmən 10-dan çox ölkənin tanımasını dünyada ikili standartların mövcudluğuna daha bir sübut kimi qəbul edirlər.

Millət Vəkili Fazil Mustafa deyir ki, Xocalı faciəsi bu qədər açıq və sübut olunmuş faktlarla onların diqqətinə çatdırlmasına rəğmən, onlar hələ də bu məsələni üzərindən keçərək 1915-ci ilə dönürlər: “Onlara təklif vemək lazımdır ki, yaxın tarixdə baş verən - Bosniya, Xocalı soyqırımları birinci olaraq gündəmə gətirilsin. Və bunun prinsipial qiyməti verilsin. Bundan sonra tarixin bütün səhifələrinin araşdırılmasına gedək və dünyada nə qədər soyqırım varsa, birlikdə lənətləyək”.

Dünya dövlətlərinin qondarma soyqırıma huqiqi qiymət verilməsinin benyəlxalq hüquq normalarına zidd olduğunu deyən rəsmi Bakı bu məsələdə daim qardaş Türkiyənin yanında olacağını bəyan edir.

Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyir ki, əgər Ermənistan tərəfindən məqsədyönlü şəkildə qondarma erməni soyqırım məsələsi irəli sürülürsə, buna ilk növbədə Ermənistan tərəfi öz tarixinə qiymət verməlidir: “İstər bu 20-ci əsrin əvvələrində Azərbaycan xalqına qarşı törədilmiş əmməllər, istərsə də Ermənistanın Azərbaycana qarşı təcavüzü və xususilə Xocalı faciəsini qeyd edə bilərik. Məhz Ermənistan tərəfindən bu məsləyə qiymət verilməlidir. Və Ermənistan özünün siyasi-hüquqi və mənəvi məsuliyyətini etiraf etməlidir. Eyni zamanda bu dünya birliyinə də aiddir”.
Gözlənilməz bəyanat Türkiyədə də səslənib. Baş nazirin köməkçisi, Ərdoğanın etimad göstərdiyi milliyətcə erməni olan Eten Maxçupanyan rəsmi Ankaranın mövqeyindən fərqli olaraq qondarma erməni soyqırımını həqiqət adlandırıb


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *