Davudoğludan papaya sərt cavab
“Dini liderlərin birinci vəzifəısi tarixi mübahisələr üzərindən yeni bir insident və nifrət mühiti yaratmaq yox, bəşəriyyəti birliyə, sülhə və bərabər yaşamağa dəvət etməkdir”. ANS PRESS-in məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Roma papasının qondarma erməni “soyqırımı” iddialarını şərh edərkən deyib. Davudoğlu açıqlamanın bu cür verilməsinin papaya yaraşmadığını bildirib:
“Əgər xarici qüvvələr olmasaydı çox güman ki, 1915-ci ildə baş verən kədərli hadisələr yaşanmayacaqdı. Baş vermiş kədərli hadisələri bir tərəfli görmək, insanların sadəcə bir hissəsinin kədərinə sahib çıxıb digərinin izdırablarını görməmək papaya və onun tutduğu mövqeyə yaraşmadı. Kədərlər, xüsusilə də müharibə dövründə yaşanan kədərlər paylaşıldığı zaman bu izdırabların anlaşıldığı və ədalətli yaddaşla bu izdırablara sahib çıxıldığı zaman sülh mühiti yaranar”.
Xatırladaq ki, ötən gün Romadakı Müqəddəs Pyotr kilsəsində ənənəvi mərasimdə Fransisk çıxış edərək, “erməni soyqırımı”nı XX əsrin ilk soyqırımı adlandırıb.
Mərasimdə Ermənistan prezidenti Serj Sarkisyan və erməni din adamları da iştirak edib.
Mənbə:> ANSPRESS