Türkiyə Vatikandakı səfirini geri çağırdı
Türkiyə Vatikandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb, Reuters Türkiyə XİN-nin bəyanatına istinadən xəbər verir.
Bir qədər əvvəl isə Türkiyə XİN Vatikanın səfiri Roma Papasının “erməni soyqırımı” haqqında bəyanatını izah etmək üçün çağırmışdı.
14:21
Seçildiyi ilk günlərdə cinsi azlıqları dəstəklədiyi elan edən Roma Papası Fransisk, indi də erməniləri dəstəkləməyə qərar verib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, qondarma “erməni soyqırımının” 100-cü ildönümü ilə əlaqədar keçiriləcək mərasimə qatılacaq.
Mərasimin Romada keçirilməsi planlaşdırılır. Mərasimdə eyni zamanda Ermənistan prezidenti Serj Sarqsyan da iştirak edəcək.
Birinci dünya müharibəsi zamanı Osmanlı İmperiyası tərəfindən törədildiyi iddia edilən soyqırım Türkiyə hökuməti tərəfindən tanınmır.
Rəsmi Ankara tarixin yenidən araşdırılması üçün ermənilərə arxivlərin açılmasını təklif etsə də, ermənilər təklifləri qəbul etmirlər.
Mənbə:> Oxu.Az