“Ölkədə qan töküləcək” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Ədəbiyyat

“Ölkədə qan töküləcək”

“Ölkədə qan töküləcək”


Hökumət əleyhinə çıxışları ilə seçilən yazıçılardan olan Elif Şəfəq daha bir ənənəvi açıqlama verib.

ANS PRESS-in məlumatına görə, türk əsilli romançı Elif Şəfəq “Financial Times”da dərc edilən yazısında Xalqların Demokratiya Partiyasının (HDP) iyunun 7-də keçiriləcək parlament seçkisində 10%-dən çox səs yığmayacağı halda, ölkədə qan töküləcəyini bildirib.

Türkiyənin silahlı qarşıdurmaların baş verdiyi günlərin geri qayıda biləcəyini proqnoz verən məşhur yazıçı “Kürdlərin sürpriz hədiyyəsi Türkiyədə birlik ola bilər” başlıqlı yazısında Abdullah Öcalanı kürd xalq hərəkatının atası adlandırıb.

“HDP 10%-li səs toplamasa, kürdlər məclisdə təmsil edilməsə, bu, çox pis nəticələrə yol açacaq” – deyə o, məqaləsində bildirib.

Xatırladaq ki, bu il iyunun 7-də Türkiyədə parlament seçkisi keçiriləcək və ölkənin 4 partiyası – hakim Ədalət və İnkişaf Partiyası (AKP), müxalifətdə olan Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkat Partiyası (MHP) və separatçı kürdlərin Xalqların Demokratiya Partiyası (HDP) bu seçkiyə çox ciddi hazırlaşır. Seçkidə ümumi olaraq 20-yə yaxın partiyanın iştirak edəcəyi gözlənilir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *