Sarışın rus balasıTürkiyədə seçkiyə qoşulub – FOTO
İyunun 7-də Türkiyədə keçiriləcək parlament seçkisində rəngarənglik artır.
ANS PRESS-in məlumatına görə, bir sıra partiyalar erməni, roman, LGBT, ələvi, kürd namizədlərini ön plana çıxararaq, etnik, cinsi və məzhəb fərqlilikləri ilə siyasət işlətməyə çalışırlar. İctimaiyyətin diqqətindən yayınan isə seçkidəki tək rus namizədin olmasıdır.
Rus əsilli Natalya Koyuncu adlı qadın ötən il türkiyəli vətəndaşla evlənib və Kommunist partiyası ilə tanışlığı da elə bu vaxtdan başlanıb. İndi isə o, artıq partiyanı bütün proqramını öyrənərək siyasi mübarizəyə qoşulmağa qərar verib.
Qeyd edək ki, Natalya Koyuncu evlidir, iki qız övladı var.
Mənbə:> ANSPRESS