Azərbaycanda canavar gənci parçaladı – FOTO
Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı qoyun fermasına canavar hücum edib.
ANS-in məlumatına görə, yırtıcının yaxınlaşdığını görən, Kəlbəcər rayon sakini Elçin Məmişov qoyunları qorumağa çalışıb.
Bu zaman canavar onun üzərinə atılıb. Yırtıcı yerə yıxılan gənci üz və baş nahiyəsindən yaralayıb.
Daha sonra canavar yaxınlıqdakı sakinlərə hücum edib. İnsanları bu dəfə yırtıcının hücumundan şəhər sakinlərindən birinin iti xilas edib.
"İti buraxdıq, getdi canavarın boğazındanyapışdı. Elə o vaxt uşaqlar gəldi yabayla tutdu Mən də gəlidim başına hardasa 15 dəfə baltayla vurdum", - deyə itin sahibi Məhərrəm Məmmədov bildirib.
Yaralı Elçin Məmişov təcili tibbi yardım maşını ilə Mingəçevir şəhər xəstəxanasına çatdırılıb. Baş nahiyəsinə tikiş qoyulub, lazimi tibbi yardım göstərilib. Müalicəsi davam etdirilən yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Əraziyə baytarlıq idarəsinin əməkdaşları da gəlib.
Yırtıcının başı kəsilərək Respublika Baytarlıq Laboratoriyasına göndərilmək üçün götürülüb. Canavarın cəsədi isə baytarların nəzarəti altında yandırılaraq basdırılıb.
Mənbə:> ANSPRESS