Tbilisidə pələng insanı parçaladı
Gürcüstanın Daxili İşlər Nazirliyi KİV-də Tbilisi zooparkının yaxınlığında yerləşən, “Laquna verne” hovuzu ətrafı ərazidə daşqın zamanı zooparkdan qaçan yırtıcının insanı parçalamasına dair yayılmış xəbəri təsdiqləyib.
“Biz faktı təsdiqləyirik. Müvafiq xidmətlər mobilizə edilib”, - DİN-in “112” Təcili yardım əməliyyat idarəsi Mərkəzinin mətbuat xidmətinin əməkdaşı bildirib.
“İmedi” kanalının məlumatına görə, insanı parçalayan pələng Tbilisinin mərkəzində öldürülüb.
Mənbə:> Oxu.Az