SOCAR gürcülərə 24 min manat ayırdı
SOCAR Energy Georgia iyunun 13-14-də Gürcüstanın paytaxtı Tbilisidə baş verən daşqın ilə əlaqədar zərər çəkmiş paytaxt sakinlərinə yardım üçün ilkin mərhələdə 50 min lari (23 420 manat) vəsait ayırıb.
Bu barədə Oxu.Az-a Dövlət Neft Şirkətindən (SOCAR) bildirilib.
Bundan əlavə, Tbilisi meriyasının əhalinin sosial problemlərinin həlli ilə məşğul olan xidməti 10 000 litr yanacaqla təmin olunub.
SOCAR bildirir ki, rəhbərlk yardım tədbirlərinin digər variantlarını da nəzərdən keçirir.
Qeyd edək ki, ötən gün qonşu Gürcüstanın paytaxtı Tbilisi şəhərində güclü qasırğa fırtına küləyi ilə birgə daşqına səbəb olmuşdu.
Xatırladaq ki, güclü daşqın nəticəsində ölənlərin sayı 16-ya çatmışdı.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli