Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistan Respublikasının Azərbaycan Respublikasındakı səfirini qəbul etdi
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Hindistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Sanjay Rananı qəbul etmişdir.
AzNews.info xəbər verir ki, Hindistan səfiri ilə görüşdə Azərbaycan-Hindistan arasında mövcud əməkdaşlığın vəziyyəti və əməkdaşlığın perspektivləri müzakirə edilmişdir. Səfir Sanjay Rana qeyd etmişdir ki, ölkəsi Azərbaycan ilə mədəniyyət, incəsənət, kino və turizm sahələrində əməkdaşlığın dərinləşdirilməsində, bu məqsədlə iki ölkə arasında birbaşa reyslərin açılmasında maraqlıdır.
Əbülfəs Qarayev Azərbaycanda Hindistan mədəniyyətinə ənənəvi xoş münasibətin olduğunu qeyd edərək bildirmişdir ki, hər iki ölkənin xalqlarını tarixi əlaqələr bir-birinə bağlayır.
Sonda nazir Əbülfəs Qarayev səfir Sanjay Rananı 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət etmişdir.
Mənbə:> AzNews.info