Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr ilə görüşüb
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr ilə görüşüb.
AzNews.info xəbər verir ki, Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonağı Nazirlikdə qəbul etməkdən məmnuniyyətini ifadə etmiş və gələcəkdə provaslav xristian dininə aid mədəniyyət nümunələrinin nümayişi imkanlarının müzakirəsi ilə bağlı fikir müabadiləsi aparmışdır.
Eyni zamanda iki tərəf arasında artefaktların mövcudluğu və onların mahiyyəti məsələləri müzakirə edilmişdir.
Arxiyepiskop qəbula görə təşəkkürünü bildirmiş və gələcəkdə ikitərəfli əməkdaşlığın daha da uğurlu olacağına inam ifadə etdi.
Mənbə:> AzNews.info