Əbülfəs Qarayev Feltmanla görüşüb » AzNews.info -Xəbər portalı

Əbülfəs Qarayev Feltmanla görüşüb – FOTO

Əbülfəs Qarayev Feltmanla görüşüb


Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev BMT Baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Aprelin 14-də Mədəniyyət və Turizm Nazirliyində BMT-nin baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

AzNews.info nazirliyə istinadən xəbər verir ki, görüş zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev nümayəndə heyətinin ölkəmizə səfərini yüksək qiymətləndirib. Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətinə toxunan nazir, foruma ev sahibi ölkə kimi Azərbaycanın yüksək səviyyədə hazırlıq işləri gördüyünü diqqətə çatdırıb. Əbülfəs Qarayev BMT Baş katibi Pan Gi Munun ölkəmizə gözlənilən səfərindən də söz açıb. Qeyd edilib ki, Foruma ev sahibliyi edən ölkənin həmin ili BMT-nin Sivilizasiyalar Alyansının ideyalarına həsr etməsi alyansın tarixində ilk belə hadisədir. Nazir, həmçinin ölkəmizin multikultural və tolerant ənənələri özündə daşıyan nümunəvi bir dövlət kimi dünyada tanınmasını bir daha nümayəndə heyətinin nəzərinə çatdırıb. Daha sonra Cefri Feltman Bakıda gördüklərinin onda xoş təəssürat yaratdığını bildirdi. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin də qatıldığı görüşdə bir sıra maraq doğuran məsələlər müzakirə olunub.

Əbülfəs Qarayev Feltmanla görüşüb
Əbülfəs Qarayev Feltmanla görüşüb
Əbülfəs Qarayev Feltmanla görüşüb
Əbülfəs Qarayev Feltmanla görüşüb

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *