Əbülfəs Qarayev Maqamed İsayevi qəbul etdi
Görüşdə iki ölkə arasında turizm və mədəni əlaqələrin inkişafı, bu sahədə daha sıx əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.
AzNews.info xəbər verir ki, nazir Əbülfəs Qarayev Rusiya Federasiyasının Dağıstan Respublikasından turist axının artırılması istiqamətində bir sıra işlərin görülməsinin vacibliyini qeyd etmiş, Azərbaycan - Dağıstan sərhədində turistlərin gəlişinin asanlaşdırılması üzrə məsələləri müzakirə etmişdir. Həmçinin, qış turizmi sahəsində turistlərin cəlb olunmasının vacibliyi ətrafında fikir mübadiləsi aparılmış, Qusar rayonunda yerləşən Şahdağ Turizm Mərkəzinin geniş potensialının olması vurğulanmışdır.
Rusiya Federasiyasının Dağıstan Respublikasının turizm və xalq bədii sənətkarlıq naziri Maqamed İsayev görüşdə müzakirə edilən məsələlərin mühüm əhəmiyyətini vurğulamış və iki tərəfli əlaqələrin daha da genişləndirilməsi istiqamətində işlərin görüləcəyini qeyd etmişdir.
Mənbə:> AzNews.info