Azad Cavadov: Qorunan əmanətlərin həcmi iki dəfədən çox artıb
Azərbaycanda əmanətlərin sığortalanması ilə bağlı bu il atılan addımlardan sonra banklardakı qorunan əmanətlərin ümumi həcmi 2 dəfədən çox artıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov məlumat verib.
Onun sözlərinə görə, ilin əvvəlində bu rəqəm təxminən 2 mlrd. manat idisə, iyunun 30-na qorunan əmanətlərin həcmi 4,5 mlrd. manata çatıb.
Mənbə:> Oxu.az