Azad Cavadov: Əmanətləri Mərkəzi Bankın pulu ilə qaytaracağıq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Azad Cavadov: Əmanətləri Mərkəzi Bankın pulu ilə qaytaracağıq

Azad Cavadov: Əmanətləri Mərkəzi Bankın pulu ilə qaytaracağıq

“Sığorta hadisəsi baş vermiş “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan kredit götürəcək”.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bağlanan 4 bank üzrə ümumilikdə kompensasiya olunan əmanətlər 126 mln. 956 min manat təşkil edir:

“Bizim hazırda 26 milyon manata yaxın vəsaitimiz var. Bizə bağlanan banklarda əmanətçilərə kompensasiya vermək üçün 100 mln. manata ehtiyacımız var. Biz bununla bağlı Mərkəzi Banka müraciət edəcəyik”.

A.Cavadov əlavə edib ki, banklarda əmanətlərin təqribən 80%-i xarici valyutada, 20%-i milli valyutadadır.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *