Dollarla yerləşdirilən qorunan əmanətlərin taleyinə aydınlıq gətirildi » AzNews.info -Xəbər portalı

Dollarla yerləşdirilən qorunan əmanətlərin taleyinə aydınlıq gətirildi – AÇIQLAMA

Dollarla yerləşdirilən qorunan əmanətlərin taleyinə aydınlıq gətirildi


2016-ci il martın 2-dən Azərbaycanda qorunan əmanətlər tam sığortalanacaq.

Oxu.Az xəbər verir ki, bu sözləri Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında bildirib.

“Bu müddət olaraq 3 il müəyyən edilib. Qanun martın 1-də imzalanıb. Yəni, qanun 3 il, 2019-cü ilin martın 1-dək qüvvədə olacaq. Amma o vaxtadək hansı proseslər baş verəcək? Yenidən bu vaxt uzadılacaqmı? Və ya yenidən başqa bir məbləğ müəyyən ediləcək? Bu, 3 ildən sonra müəyyən ediləcək”, - deyə A.Cavadov qeyd edib.

Onun sözlərinə görə, martın 1-dən banklarda 12%-lə dollarda yerləşdirilən əmanətlərin yalnız 30 min manatadək olan hissəsi sığortalanacaq:

“Əgər 1 mart tarixindən hər hansı bir əmanətçi əmanətini aparıb 12%-lə dollarla yerləşdiribsə, bu əmanət qorunandır, sığortalanandır. Amma 30 min manatadək olan hissəsi sığortalanacaq. Həmin əmanətlər limitsiz sığorta olunmayacaq.

Əgər həmin əmanətçinin əmanətinin məbləği 30 min dollardan artıqdırsa, onda müştəri əmanətini dollarla 3%-lə banklarda yerləşdirməlidir. Manat üçün bunun fərqi yoxdur. Əgər müştəri martın 1-dən banklarda 100 min manat yerləşdiribsə, onun əmanəti yenə qorunandır və sığortalanıb. Çünki faiz dərəcəsi manatda dəyişdirilməyib. Sadəcə limit aradan qaldırılıb”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *