Bunun manatla bağlılığı yoxdur » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat

Bunun manatla bağlılığı yoxdur

Bunun manatla bağlılığı yoxdur


"Azərbaycanda 2013-cü ilin avqustunda qorunan əmanətlərin faiz dərəcəsi 12-dən 10-na, ötən ilin mayında isə 10-dan 9-a endirilib. Sadəcə, qorunmayan əmanətlərin həcmi daha çox idi. Banklar daha yüksək faizlə əmanət cəlb etdiyindən qorunmayan əmanətin həcmi artmışdı. Buna görə də faiz dərəcəsinin artırılması məqsədəuyğun sayıldı."

ANS PRESS-in məlumatına görə, bunu Azadlıq Radiosuna müsahibəsində Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) direktoru Azad Cavadov bildirib.

O deyib ki, banklar faiz dərəcəsini onsuz da yüksəltmişdi, 1.4 milyardlıq vəsait qorunmamış vəsaitdir. Biz faiz dərəcəsini endirəndə banklar bizi izləmədi. Biz isə bazarı izləyirik. Görürük ki, banklar faiz dərəcəsini artırıb. Əmanətçilərin maraqlarını qorumaq üçün faiz dərəcəsini artırdıq.

Onun sözlərinə görə, bunun manatın inflyasiyası ilə əlaqəsi yoxdur. İnflyasiya ilə bağlı məsələlər Mərkəzi Bankın və dövlətin yeritdiyi siyasətə aiddir, bizim məqsədimiz əmanətçilərin marağını qorumaq və bank sisteminin sabitliyinə dəstək olmaqdır.

ƏSF sədri vurğulayıb ki, dövlət tərəfindən qorunan əmanətlərin məbləği 30 min manata qədərdir. Limitin artırılması ilə bağlı təhlillər aparırıq. Hələ qəti bir söz demək olmaz. Faiz dərəcələri ilə bağlı da təhlillər apardıq, dinamika göstərdi ki, 3-cü və 4-cü rübdə qorunmayan əmlakların həcmi artıb. Bu ilin iki ayı üzrə banklardan məlumatı alanda gördük ki, artım dinamikası davam edir. Hər rübdə faiz dərəcəsi, həm də həcmlə bağlı vəziyyəti öyrənirik. Qorunan əmanətlərin limitinin artırılıb-artırılmayacağını da bazar göstərəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *