Azərbaycanda bu məhsullar bahalaşdı » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Azərbaycanda bu məhsullar bahalaşdı

Azərbaycanda bu məhsullar bahalaşdı


Azərbaycanda 2015-ci ilin yanvar ayında əvvəlki ilin dekabr ayına nisbətən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri, o cümlədən ayrı-ayrılıqda həm bitkiçilik, həm də heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 1,0 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiyməti 2,1 faiz, buğdanın 0,3 faiz ucuzlaşıb, xiyarın 10,4 faiz, pomidorun 1,1 faiz, baş kələmin 0,4 faiz, quru otun 1,9 faiz, yoncanın 2,9 faiz, noxud dəninin 0,7 faiz, lobya dəninin 0,2 faiz, kartofun istehsalçı qiyməti isə 0,7 faiz bahalaşıb.

Çoxillik bitkilərdən xurmanın istehsalçı qiyməti 10,1 faiz, naringinin 9,3 faiz, heyvanın 6,9 faiz, narın 2,9 faiz, limonun 1,0 faiz, alma və portağalın 0,4 faiz, qoz-fındığın istehsalçı qiyməti isə 3,4 faiz bahalaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından yumurtanın 6,8 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yununun 4,5 faiz, cavan camışların 1,0 faiz, təbii balın istehsalçı qiyməti 0,4 faiz bahalaşıb, quş ətinin (diri çəkidə) 0,7 faiz, diri qoyun və keçilərin 4,1 faiz, qoyun ətinin (diri çəkidə) istehsalçı qiyməti isə 0,5 faiz ucuzlaşıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *