ADİF əmanətçilərə çağırış etdi
Bir daha əmanətçilərdən xahiş edirik ki, əmanətləri banklarda yerləşdirən zaman müqavilə şərtlərinə baxsınlar. Çox vaxt müştəri yalnız sığorta hadisəsi baş verdiyi təqdirdə, imzalanan müqaviləyə baxır. Ancaq müqaviləni bağlanan zaman oxumaq lazımdır.
Oxu.Az xəbər verir ki, bu sözləri Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov bu gün keçirilən mətbuat konfransında bildirib.
“Bəzən belə hallar olur ki, müştəri bankda tutaq ki, 100 min manat yerləşdirir. Banklar adətən müştərilərə kart verirlər ki, kredit xəttləri açsınlar. Düzdür, kredit xəttləri istifadə edilmədikcə, öhdəlik yaranmır. Öhdəlik o vaxt yaranır ki, artıq o vəsaitdən istifadə edilir.
Amma əmanət müqavilələri bağladıqda və orada əgər göstərilərsə ki, sizə 10 min manatlıq bir xətt açılıb. Həmin vəsait qorunur. Bunlara diqqət yetirmək lazımdır”, - deyə icraçı direktor əlavə edib.
Mənbə:> Oxu.Az