Banka qoyduğumuz pullar təhlükədə » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Video

Banka qoyduğumuz pullar təhlükədə – VİDEO

Banka qoyduğumuz pullar təhlükədə


İlin əvvəlindən əhalinin əmanətləri 13,2% artıb və 7,5 milyard manat təşkil edir. Əmanətlərin Sığortalanması Fondunun bankların məlumatlarına əsasən açıqladığı rəqəmlərə əsasən belə demək olar.

ANS TV-nin məlumatına görə, bu əmanətlərin isə heç də hamısı kompensasiya olunmayıb. Ümumi əmanətlərin cəmi 28%-i və ya 2,1 milyard manatına kompensasiya ödənişi düşür. Amma qorunan əmanətlərin həcmi ümumi əmanətlərin içərisində 60%-dən də artıqdır. Məhz bu məsələ insanlarda fikir ayrılığı yaradır.

Fondun icraçı direktoru Azad Cavadov bildirir ki, qorunan və kompensasiya olunan, yaxud sığortalanan əmanət anlayışları fərqlidir. Əmanətin qorunan olması üçün onun 12%-dən aşağı faizlə yerləşdirilməsi kifayətdir. Amma onun sığortalı hissəsi yalnız 30 min manata qədər olan həcmidir.

A.Cavadov açıqlayıb ki, əgər banka bir adam 100 min manat əmanət qoyub. Onun 50 mini 12%-dən yüksək qoyulubsa, bu qorunmayan əmanətdir. Qalan 50 min isə 12%-dən aşağı qoyulub və bu qorunan əmanətdir. Amma sığorta hadisəsi baş verəndə vətəndaşa 30 min kompensasiya veriləcək. Yəni, əmanət əvvəlcə qorunan olmalıdır ki onun da 30 mininə kompensasiya verilir.

Fond rəhbəri əlavə etdi ki, vətəndaşlar banklara əmanət qoyarkən onlara vəsaitlərinin qorunduğu bildirildikdə onlara elə gəlir ki, sığorta hadisəsi baş verəndə pulun hamısı qaytarılacaq. Amma kompensasiya yalnız 12%-lə yerləşdirilmiş 30 min manata düşür.

Mövcud qanunlara görə, 18 yaşına çatmamış uşaqların adına qoyulan əmanətlər də mövcud şərtlər daxilində yerləşdirilibsə, sığortalanır. Hazırda qüvvədə olan tələblər isə maksimum 12% və 30 min manatdır.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *