Manatla olan əmanətlərin həcmi azalıb » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Manatla olan əmanətlərin həcmi azalıb

Manatla olan əmanətlərin həcmi azalıb


2015-ci il mayın 1-nə olan məlumata görə, fiziki şəxslərin bank əmanətlərinin həcmi 7 milyard 717,2 milyon manat təşkil edib. Bu da 2014-cü ilin analoji dövrünə nisbətən 17,46% çoxdur.

Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Bankın məlumatına görə, müvafiq dövrdə Azərbaycan banklarında əmanət və depozitlərin həcmi ümumilikdə, 18 milyard 831.1 milyon manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 21,8% çoxdur.

Bununla belə, fiziki şəxslərin bank əmanətlərinin milli valyuta ilə olan həcmində azalma müşahidə olunur:

Belə ki, milli valyuta ilə bank əmanətlərinin həcmi 2015-ci ilin fevralın 1-i ilə müqayisədə 2 milyard 031,2 milyon manat azalıb. Xarici valyutada olan əmanətlərin həcmi isə analoji dövrdə 2 milyard 627,2 milyon manat artıb.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *