Problemli kreditlərin həcmi 1 milyardı keçdi » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Problemli kreditlərin həcmi 1 milyardı keçdi

Problemli kreditlərin həcmi 1 milyardı keçdi


2015-ci ilin mayın 1-nə olan məlumata görə, Azərbaycanın bank sektorunda problemli kreditlərin həcmi 1 milyard 256,6 milyon manat təşkil edib. Bu da 2015-ci ilin yanvarın 1-nə olan göstəricidən 280.3 milyon manat çoxdur.

Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

Qeyd edək ki, hər ay problemli kreditlərin həcmində nəinki azalma, əksinə artım müşahidə olunur:

Belə ki, 2015-ci ilin yanvarın 1-nə problemli kreditlərin həcmi 976.3 milyon manat, fevralın 1-nə 1 milyard 030,9 milyon manat, martın 1-nə 1 milyard 138,2 milyon manat, aprelin 1-nə isə 1 milyard 213,3 milyon manat təşkil edib.

Qeyd edək ki, problemli kreditlərin ümumi kredit qoyuluşunda xüsusi çəkisi son məlumata görə, 6.1 % təşkil edib.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *