Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna kredit xətti aça bilər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna kredit xətti aça bilər

Mərkəzi Bank Əmanətlərin Sığortalanması Fonduna kredit xətti aça bilər


Vəsaitin həcmi 100 milyon manatdır və yekun qərar bu gün bəlli olacaq.

Azərbaycanda lisenziyası ləğv olunmuş 4 bankın – “Parabank”, “Zaminbank”, “Kredobank” və “Dekabank” ASC-lərin əmanətçilərinə kompensasiya ödəmək üçün Əmanətlərin Sığortalanması Fonduna (ƏSF) Mərkəzi Bank tərəfindən 100 mln. manatın ayrılması məsələsi bu gün həll olunacaq.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, bu barədə keçirdiyi mətbuat konfransında ƏSF-nin icraçı direktoru Azad Cavadov məlumat verib.

Onun sözlərinə görə, artıq bu məsələ ilə bağlı Mərkəzi Banka və Maliyyə Nazirliyinə müraciət olunub:

“100 mln. manat borclanma ilə bağlı məsələ qəbul olunub. Bu gün kredit xəttinin açılması nəzərdə tutulub. Bu vəsaiti iki il müddətinə cəlb etməyi nəzərdə tutmuşuq. Lakin banklar özləri də verdikləri kreditləri yığır. Hazırda 4 bankın hesabında 20 mln. manat var, bu vəsaitlər müxbir hesablardadır.

Onların nağdlaşdırılması üçün bir qədər vaxt lazımdır. Biz tez ödəniş etmək üçün borclanmaya getdik. Fondun özünə də ayda 15 mln. manat sığorta haqqı toplanılır. Yəqin ki, bu imkanlar hesabına bir qədər sonra Mərkəzi Bankdan cəlb etdiyimiz vəsaiti geri qaytarmağa başlayacağıq”.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *