Bank bağlansa, depozitiləriniz də bata bilər... » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Bank bağlansa, depozitiləriniz də bata bilər...

Bank bağlansa, depozitiləriniz də bata bilər...


İqtisadçı ekspert Natiq Cəfərli əhalinin banklardakı depoziti ilə bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, iqtisadçı sosial şəbəkədə baş verənləri "Depozit müsübəti" adlandırıb:

"Son rəsmi məlumatlara görə ölkə banklarında vətəndaşların 7,33 mlrd. depoziti var, bunlardan 5,04 milyardı Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanıb.

Sığortalanmış əmanətlərin 74%-i dollarla, 24%-i manatla, 4%-i isə avro ilə banklara yerləşdirilib. Bura qədər hər şey yaxşı görünür, amma...

Əmanətlərin Sığortalanması Fondunda cəmi 109 mln. manat var ki, bu da ümumi sığortalanmış əmanətlərin cəmi 2.2%-ni təşkil edir. Yəni, vətəndaşlar tərəfindən banklarda yerləşdirilən əmanətlərin 2,29 mlrd. manatının ümumiyyətlə sığortası yoxdur, sığortası olan 5,04 mlrd. manatın qarantı olan Əmanətlərin Sığortalanması Fondunda isə cəmi 109 mln. manat var. Daha ötəsi odur ki, ƏSF qanunla tək və yeganə cavabdeh orqandır, əgər Fondun vəsaiti sığortalanmış əmanətlərin qaytarılmasına çatmasa, Əmanətlərin Sığortalanması Haqqında qanuna görə ƏSF qiymətli kağızlar buraxıb satmalı, borc almalı, əlavə vasaiti öz hesabına cəlb etməlidir (Maddə: 4.1.7. öhdəliklərini yerinə yetirmək üçün vəsaiti çatışmadıqda, maliyyə bazarlarından, Milli Bankdan və ya Azərbaycan hökumətindən borc vəsaitləri cəlb edir). Tərcüməsi: ƏSF indiki şəraitdə, bu iqtisadi modeldə heç yerdən borc cəlb edə bilməyəcək, Mərkəzi Bankın ehtiyatları isə elə sürətlə azalır ki, artıq Bank xaricdə olan aktivlərini satmağa başlayıb.

Yaxın zamanda ölkədə 7 bank bağlanacaq, yaxın 1 ildə bağlanan, birləşən, problem yaşayan bankların sayı 20-dən çox olacaq. Görünən odur ki, ƏSF-nun vəsaiti heç 2-3 bankın problemini həll etməyə belə yetərli deyil, yəni, vətəndaşın əmanətinin Fond tərəfindən sığortalı olması, ona heç bir təminat vermir. Bax belə, bu sahədə də ciddi problemlər olacaq, yaxın aylarda depozit müsibəti yaşanacaq..."

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *