Manatla olan əmanətlərin həcmi artdı
2015-ci il iyulun 1 -nə olan məlumata görə, fiziki şəxslərin bank əmanətlərinin həcmi 7 milyard 653,6 milyon manat təşkil edib. Bu da 2014-cü ilin anoloji dövrü ilə müqayisədə 933 milyon manat və ya 14% çoxdur.
Bu barədə Oxu.Az - a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Bundan başqa, milli valyuta ilə bank əmanətlərinin həcmi 2 milyard 179,9 milyon manat, xarici valyutada isə 5 milyard 473,6 milyon manat təşkil edib.
Qeyd edək ki, son bir ayda fiziki şəxslərin milli valyutada olan bank əmanətlərinin həcmi 7,3 milyon manat artıb.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli