Bakı əhalisinin banklardakı əmanətlərinin həcmi açıqlandı
2015-ci ilin mayın 1-nə olan məlumata görə, Bakı şəhəri üzrə cəlb edilmiş əmanətlərin həcmi 7 milyard 118 milyon 092,6 min manat təşkil edib. Bu da 2015-ci ilin fevralın 1-nə olan göstəricidən 567 milyon 819,3 min manat və ya 8,7 % çoxdur.
Bu barədə Oxu.Az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
AMB bildirir ki, əmanətin 5 milyard 194 milyon 064,8 min manatı xarici valyutada, 1 milyard 924 milyon 027,8 min manatı isə milli valyutada yerləşdirilib.
Bundan əlavə, Abşeron iqtisadi rayonu üzrə 173 milyon 945,0 min manat, Aran iqtisadi rayonu üzrə 167 732,1, Dağlıq Şirvan iqtisadi rayonu 15 milyon 500,1 min manat, Gəncə-Qazax iqtisadi rayonu 69 milyon 199,5 min manat, Quba-Xaçmaz iqtisadi rayonu 21 milyon 877,1 min manat vəsait yerləşdirilib.
Lənkəran iqtisadi rayonu 46 milyon 928,5min manat, Şəki-Zaqatala iqtisadi rayonu 24 milyon 124,3 min manat, Yuxarı Qarabağ iqtisadi rayonu 14 126,8, Kəlbəcər-Laçın iqtisadi rayonu 8 268,7, Naxçıvan iqtisadi rayonu üzrə isə 29 364,4 əmanət cəlb olunub.
Mənbə:> Oxu.Az - Ülviyyə R.Əli