Pensiyaçılara şad xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Pensiyaçılara şad xəbər

Pensiyaçılara şad xəbər


Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) 2015-ci ilin iyun ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb.

Oxu.Az-a DSMF-dən verilən məlumata görə, mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə iyun ayının 1-i, respublikanın digər rayon və şəhərləri üzrə isə iyun ayının 11-i tarixində tam yekunlaşıb.

Ümumilikdə cari ilin 5 ayı ərzində DSMF-yə daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. 2015-ci ilin 5 ayı ərzində Fondun gəlirləri 1224,9 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2,8% və ya 33,6 milyon manat çoxdur.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2% artaraq 712,4 milyon manata çatıb.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 466,8 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,5 faiz və ya 36,8 milyon manat çoxdur. Cari ilin 5 ayı ərzində Fondun xərcləri 1213,4 milyon manat olub və bunun 1192,0 milyon manatı pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilib.

Qeyd edək ki, hazırda Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 292 min 040 nəfər təşkil edir. Onların 60,6%-ni yaşa görə, 28,5%-ni əlilliyə görə, 10,9%-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

Mənbə: Oxu.Az - Ülviyyə R.Əli
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *