Pensiya artımı ilə bağlı yeni xəbər » AzNews.info -Xəbər portalı

Bölmə: İqtisadiyyat, Sosial

Pensiya artımı ilə bağlı yeni xəbər

Pensiya artımı ilə bağlı yeni xəbər


"Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi üçün hər ay təqribən 1 milyon manat, il ərzində isə 12 milyon manat əlavə vəsait tələb olunacaq".

ANS PRESS-in məlumtına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

O bildirib ki, bu vəsaitlər DSMF-nin büdcəsində öz əksini tapacaq. Fond sədri dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzaladığını xatırladıb:

"Sərəncama əsasən Dövlət Sosial Müdafiə Fonduna (DSMF) bütün növ əmək pensiyalarının sığorta hissəsi, sığortaolunanların fərdi hesablarında qeydiyyata alınan pensiya kapitallarının 2014-cü ilin inflyasiya göstəricisinə uyğun olaraq indeksləşdirilməsi tapşırılıb. Fond tərəfindən bu tapşırığın icrası avtomatlaşdırılmış rejimdə həyata keçiriləcək. Ümumilikdə, bütün əmək pensiyaçılarının 95%-nin, yəni xüsusi rejimdə pensiya alanlar istisna olmaqla yerdə qalan 1 milyon 215 min pensiyaçıya bu artım şamil olunacaq".

Fond sədri bildirib ki, 3 milyona yaxın sığortaolunan fərdi hesablarındakı pensiya kapitalları da bu indeksləşdirilməyə məruz qalacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *