Prezident əmək pensiyaları ilə bağlı sərəncam imzaladı
Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Oxu.Az xəbər verir ki, sərəncamda Dövlət Sosial Müdafiə Fonduna tapşırılıb ki, 2014-cü il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq 2015-ci ilin 1 yanvar tarixinə bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasını təmin etsin.
DSMF fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirəcək.
Qeyd edək ki, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Mənbə:> Oxu.Az