Bağlanan dörd bankın əmanətçilərinə nə qədər kompensasiya ödəniləcək? – AÇIQLAMA
Kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən, lisenziyaları ləğv olunan 4 bank üzrə kompensasiya olunan əmanətlərin həcmi 110 milyon 714 min manat təşkil edir.
Bu barədə Oxu.Az-a Əmanətlərin Sığortalanması Fondundan (ADİF) bildirilib.
Məlumatda deyilir ki, “Dekabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 5 mln. 585 min manat, qorunan əmanətlərin cəmi 3 milyon 767 min manat, kompensasiya olunan əmanətlər isə 2 milyon 807 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 133 nəfərdir.
“Parabank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 87 milyon 619 min manat, qorunan əmanətlərin cəmi 61 milyon 949 min manat, kompensasiya olunan əmanətlər isə 43 mln. 788 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 18 min 970 nəfərdir.
“Zaminbank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 53 milyon 632 min manat, qorunan əmanətlərin cəmi 53 milyon 631 min manat, kompensasiya olunan əmanətlər isə 36 mln. 350 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 10 min 742 nəfərdir.
“Kredobank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin həcmi 30 milyon 206 min manat, qorunan əmanətlərin cəmi 20 milyon 956 min manat, kompensasiya olunan əmanətlər isə 27 milyon 768 min manat təşkil edir. Qorunan əmanətçilərin sayı 4 min 542 nəfərdir.
Məlumata görə, kompensasiyaların verilməsi hər bir bankın özü tərəfindən aparılacaq.
Mənbə:> Oxu.az